“Legiya” Mahir Emreli ilə bağlı bəyanat yaydı
Polşanın “Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.
Bəyanatda 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu diqqətə çatdırılıb:
““Legiya” və Mahir Emreli arasındakı münasibətlərlə bağlı mətbuatdakı xəbərlərlə əlaqədar bildirmək istərdik ki, sözügedən futbolçunun klubla müqaviləsi var və klubumuzun oyunçusudur. Klub dəfələrlə oyunçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin ona lazım olan bütün dəstəyi təklif edib. Mahir Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Məxfiliyi və mahiyyəti nəzərə alaraq,danışıqların məzmununu və nəticələrini açıqlamayacağıq”.
Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...