Bəhram Bağırzadədən üzr videolarına ironik yanaşma - Video
Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib.
Tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə getdiyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət göstərib.
Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə inzibati xəta törətmələrinə dair videoları yayılan şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, üzr görüntüləri yayılır. Sonuncu belə hadisələr aztəminatlı şəxsləri təhqir etdiyi deyilən “Gelandewagen” sürücüsü Samid Bağırov və bayraqla avtomobilini təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü ilə bağlı yaşanıb.
-
Onlardan biri “Avroviziya” təmsilçimiz olacaq - Fotolar
...
-
Vüsalə ilə Sevil-Sevinc bacıları arasında qalmaqal - Video
...
-
"Leyli və Məcnun" yeni repertuarda
...
-
Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir - Video
...
-
Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək
...
-
Azərbaycan filmi Avropa festivalında - Video
...
-
Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - Video
...
-
Altı ölkənin nazirləri Şuşada görüşəcək
...
-
Musiqili Teatrın aktyorları daha bir beynəlxalq tədbirdə uğurla iştirak etdilər
...
-
Ərdoğan Naxçıvanda Hüseyn Cavidin şeirini səsləndirdi - Video
...