Sabah qar yağacaq

21:20 13-01-2022 | icon 277
Sabah qar yağacaq
loading...

Azərbaycanda yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

 
 

Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü xəzri küləyinin güclü gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında

Arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.


Digər xəbərlər

0.27043700218201