Bərdədə meliorasiya işləri lazımi səviyyədə təşkil olunub

13:43 14-01-2022 | icon 294
Bərdədə meliorasiya işləri lazımi səviyyədə təşkil olunub
loading...

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədovdur.

Torpaqların suvarma təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahədə uğurların rəhnidir. Əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim Sərdar Əhmədovu qayğılandırmışdır.

Yeni suvarma kanalı tikilib. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Sərdar müəllimin rəhbərlik etdiyi Bərdə rayon Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir.

İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar.

İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Sərdar müəllim də dəfələrlə öz çıxış və müsahibələrində qeyd etdiyi kimi 1993-cü ilin yayında ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoyub, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olunub, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınıb, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.

Ölkə iqtisadiyyatında yaranmış gərginliyə baxmayaraq, hər il meliorasiya və su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq onların işlək vəziyyətdə saxlanılması üçün tələb olunan təmir-bərpa və təmizləmə işləri həyata keçirildi və bu vəsaitin həcmi ilbəil artırıldı. Eyni zamanda, aqrar sahə ilə paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlanıldı. Əvvəl islahatların normativ-hüquqi bazası yaradıldı.


Qeyd etmək lazımdır ki, ötən illər qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.


 Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında» 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, «Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti («Azmelsutəsərrüfat» ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. 


 Torpaqların suvarma təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahədə uğurların Bərdə Suvarma Sistemləri İdarəsinin bu günki uğurlu fəaliyyəti də Sərdar Əhmədovun adı ilə bağlıdır

Redaksiyamıza təqdim olunan məlumatlara görə,Sərdar müəllimin rəhbərlik etdiyi Bərdə rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Məlumatlarda vurğulanır ki, İdarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.  İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.

Sərdar Əhmədov demək olar ki, hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir. Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirən Sərdar Əhmədov fəaliyyət göstərdiyi dövrdə dövlət-xalq münasibətlərinin yüksək səviyyədə olmasını həmişə təmin edib və həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin sakinlər tərəfindən böyük rəğbətlə qarşılanması onun etimadı yüksək səviyyədə doğruldan vəzifə sahiblərindən olduğunu bir daha təsdiq edir.

Məhz bunun nəticəsidir ki, əhali istədikləri vaxt öz problemləri ilə bağlı ona müraciət edə bilərlər. Belə müraciətlər az olmur. Tam səmimiyyətlə demək olar ki, bütün müraciətlər imkan daxilində müsbət həll olunur.

P.S. Çox təssüflər olsun ki, bəzən Sərdar müəllimin uğurlarını həzm edə
bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi
kütləvi informasiya vasitələri onun barəsində hədyan
informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq
adamı az qala mühakimə edən belə üzdəniraq media
mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan
ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü
tərəzidir, pisi yaxşıdan seçməyi bacarır.

 


Digər xəbərlər

0.38032007217407