İlqar Hacıyev  dövlət və dövlətçiliyə sədaqətlə xidmət edir

14:29 14-01-2022 | icon 250
İlqar Hacıyev  dövlət və dövlətçiliyə sədaqətlə xidmət edir
loading...

Ağstafa İcra Başçısının müavini – Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev bu gün gördüyü işlərlə öz ocağına və bu ocaqda gördüyü vətənə məhəbbət hisslərinə ləyaqətlə sahib çıxaraq dövlət və dövlətçiliyə sədaqətlə, var gücü ilə xidmət edir.


Heç də uzaq olmayan tarixi keçmişimizdə – Sovetlər dönə­min­də çox zaman insanlara şəxsi key­fiyyətlərinə, el-oba ara­sında qa­zan­­dığı hörmətə görə yox, sa­dəcə olaraq tərcümeyi-hal göstə­ri­ci­lə­ri­nə görə qiymət verirdilər. Yəni filankəs filan yerdə təhsil alıb, fi­lan vəzifədə çalışıb. Kimisə bir rəhbər vəzifəyə təyin edəndə də ilk növbədə bu göstəricilər əsas götürülürdü. Amma atalar nahaq­dan deməyib ki, elin gözü tərəzədir. Eldə-obada adama tutduğu vəzifəyə görə yox, insanlığına, el adamı olmasına görə hörmət edirlər. Vəzifəni gəldi-gedər, insanlığı, xeyirxahlığı isə əbədi, heç zaman unudulmayan kimi dəyərləndiriblər. Vəzifəni məq­səd yox, elinə-obasına daha çox xeyir vermək üçün bir vasitə hesab edənlər isə vəzifə adamı ol­maqdan çox el adamı olmağa çalışıblar, bundan qürur duyub­lar. Çünki yaxşı biliblər ki, insanı yaşadan onun əməlləridir.

Dövlətin, xalqın etibar et­diyi vəzifə ilə el-oba qarşısındakı məsuliyyəti uğurla uzlaşdırıb böyük hörmət və nüfuz qazanan kişilər çox olub. Belə kişi­lərdən söz düşəndə yadıma ilk düşənlərdən biri də İlqar Hacıyevdir.

İlqar müəllim, hər zaman Azərbaycan dövlətinə, millətinə və mədəniyyətinə xidmət edib. Onun tutduğu vəzifələrə uyğun gördüyü işlər göz qarşısındadır.

Doğma Qarabağ torpağımız işğaldan azad ediləndə onun sevinci yerə-göyə sığmırdı:

Onun “Nəhayət ki, 30 ildən sonra Qarabağımız şərəfsiz, vandal, quldur erməni işğalçılarından təmizləndi. Bu qələbə sevincini bizə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qələbəsidir, ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir, müzəffər Ordumuzun qələbəsidir. Bu, həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən savaşında qızıl hərflərlə tarixi bir salnamə yazdı. Eşq olsun rəşadətli ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu Qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşallah, Prezidentimizin rəhbərliyi ilə Qarabağı dirçəldəcəyik. Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun. Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Qarabağ bizə, biz də Qarabağa qovuşduq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri bu sevinc hisslərinin təzahürü idi.

El hörməti qazanıb, çünki düz olub ilqarı, düz olub andı. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır. Xalqın gözündə ucalıb.

Mənalı bir ömür yaşayan, taleyini dogma elinin iqtisadi yük­sə­lişinə, mənəvi yetkinliyinə həsr edən İlqar Hacıyevin əməyi həm eldə-obada, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib.

 

 


Digər xəbərlər

0.19364309310913