Millimizin yekun heyəti açıqlandı

23:32 16-01-2022 | icon 1495
Millimizin yekun heyəti açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin Bakıdakı təlim-məşq toplanışı yekunlaşıb.

Bu gün Bakı-İstanbul-Brüssel hava reysi ilə səfərə çıxan millimiz yanvarın 17-də Borqloon şəhərində Belçika yığması ilə keçiriləcək yoxlama oyununa avtobusla yollanacaq.

Yoxlama matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Baş məşqçi Joze Alesio Da Silva heyətə bu futzalçıları dəvət edib:

Rövşən Hüseynli – Araz (Naxçıvan)
Ramiz Çovdarov – Araz (Naxçıvan)
İsa Atayev – Araz (Naxçıvan)
Xətai Bağırov – Araz (Naxçıvan)
Rizvan Fərzəliyev – Araz (Naxçıvan)
Emanoel Joao Rodriqes “Maneka” – Araz (Naxçıvan)
Oliveyra Villiams “Vassura” – Sportinq (Paris, Fransa)
Everton Kardozo “Qalo” – Levante (İspaniya)
Emin Kürdov – EKOL
Conatas Felipe “Felipinyo” – Araz (Naxçıvan)
Eduardo Borges – Halle-Gooik (Belçika)
Rafael Vilela – Palma Futsal (İspaniya)
Fineo De Arauxo – Sportinq (Paris, Fransa)
Tyaqo Teles Martins “Bolinya” – ACCS FUTSAL (Fransa)


Digər xəbərlər

0.26140809059143