DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub 

10:12 18-01-2022 | icon 2039
DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub 

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə Katibliyin rəisi təyin edilib.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, DİN Katibliyinin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.


Digər xəbərlər

0.27083492279053