Bakıda güləş üzrə Dünya Kuboku keçirilə bilər

14:30 18-01-2022 | icon 1711
Bakıda güləş üzrə Dünya Kuboku keçirilə bilər

Bakıda güləş üzrə Dünya Kuboku keçirilə bilər.

Bu barədə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin kapitanı Rafiq Hüseynov məlumat verib.

82 kq çəki dərəcəsində dünya çempionu olan və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatına sahib çıxan idmançı hələlik Dünya Güləş Birliyindən (UWW) təsdiq cavabının gəlmədiyini bildirib: "Şaiyələr var ki, Dünya Kuboku Bakıda olacaq".

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətinin rəhbəri Sərxan Musalı "Report"a açıqlamasında UWW təqvimində 19-20 noyabrda nəzərdə tutulan Dünya Kubokunun Bakıda gerçəkləşmə ehtimalını təsdiqləyib. Federasiya rəsmisi Azərbaycan paytaxtının namizədlərdən biri olduğunu sözlərinə əlavə edib.


Digər xəbərlər

0.27477312088013