Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlığı

17:58 18-01-2022 | icon 304
Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlığı
loading...

Cənab İlham Əliyevin yeriddiyi uğurlu siyasət nəticəsində ölkəmiz ildən-
ilə dahada gözəlləşir. Bildiymiz kimi ölkənin gözəlləşməsi, inkişaf etməsi
üçün böyük ölkələrlə ticari əlaqələrə ehdiyac duyulur. Qeyd edək ki, Avropa
İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa
İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub.
Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard
ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda
fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını
nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır.
Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında
sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv
dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir.
            Son illər enerji təhlükəsizliyinin təmin olunmasında da tarixi
nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin
tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də
tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin
sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara
verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv
dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard
kubmetrdən çox təbii qaz ixrac olunub.
  Onu da qeyd etmək lazımdır ki, uzun illərdir ki, Azərbaycan Avropa
İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. 3500
kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-
2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə
institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi
layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ
dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa
istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi
Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit
ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki
Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən
olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə
çevirir.
            Qeyd edək ki, nəhəng nəqliyyat infrastruktur layihələri Avropa
İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər
verir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli

razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların
açılması üçün yeni imkanlar vardır. Bu gün daha miqyaslı əməkdaşlıq üçün
yeni imkanlar yaranıb.
 İnnovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan
tərəfdaşlıq. Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir.
Mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Avropa İttifaqı ilə
Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan
işbirliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və
rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasında olmalıdır.
Pandemiya ilə əlaqədar bütün dünyada baş verən iqtisadi böhrana
baxmayaraq ölkəmiz ən az zərərlə çıxmaqda ötrü böyük səylər gösdərir.
Bununla yanaşı həm Dağlıq Qarabağda, həm də digər bölgələrmizdə
quruculuq işləri davam etdirilir.
Babazadə Mahmud
Nəsimikənd kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.55360889434814