Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb

17:59 18-01-2022 | icon 1602
Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb

Azərbaycan iqtisadiyyatına töhfə verəcək daha bir enerji layihəsinin təməlqoyma
mərasimi keçirildi. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən
Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası
Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Stansiyanın
yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan
dövləti çox böyük önəm verir. Stansiyanın tikintisi ilə bağlı qərar bir il öncə verilmişdir və son
bir il ərzində fəal iş aparıldı. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən
böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır. Bu, həm də çoxlu
iş yerlərinin yaradılmasına səbəb olacaq. Cənab Prezident İlham Əliyevin təməlqoyma
mərasiminə həsr edilən çıxışında dediyi kimi, bizim təbii qaza qənaətimizlə bağlı
planlarımızda olan məsələlər öz həllini tapacaq, ətraf mühitə mənfi təsirin azaldılması
istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq. Təsadüfi deyil ki, bizim
bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru Səudiyyə Ərəbistanının
şirkətidir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq
münasibətləri var. Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Azərbaycan xalqı
Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəyi də unutmayıb.
Səudiyyə Ərəbistanı o ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla diplomatik
əlaqələr qurmayıb. İqtisadi sahədə əlaqələr gələcəkdə də inkişaf edəcək. Son illər
Azərbaycanda energetika sahəsində aparılan islahatlar hər bir investor üçün önəmli rol
oynayır. Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Cənab
Prezidentin dediyi kimi, xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər
qiymətlidir və dəyərlidir. Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji
təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Ölkə əhalisi artdıqca təlabat artır. Ona
görə də yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Külək elektrik stansiyasının
yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu layihəyə qədər
Azərbaycanda ən böyük külək elektrik stansiyası Qobustan Hibrid Elektrik Stansiyası idi.
Bundan sonra təməli qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın ən
böyük gücə malik külək elektrik stansiyası olacaq. Mütəxəssislərin proqnozuna görə “Xızı-
Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi bir il ərzində 200 milyon kubmetr
ekvivalentində qaz sərfiyatının qarşısını alacaq, biz təbii qaza qənaət edəcəyik. Bu, həm də
ekologiyanın təmizlənməsinə xidmət edəcək. Bir sözlə, “Xızı-Abşeron” Külək Elektrik
Stansiyasının istifadəyə verilməsi bütün aspektlərdən baxanda uğurlu bir enerji layihəsidir.

Ələddin Zeynalov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.25409698486328