Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçildi

22:27 19-01-2022 | icon 2166
Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçildi

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.
 
Toplantıda eyni zamanda İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

 

Yenidən qurum rəhbəri seçilən Hüseynzadə 2024-cü ilin sonunadək atletikaya rəhbərlik edəcək. Firat Hüseynov Atletika federasiyasının vitse-prezidenti postunda qalıb. Məhərrəm Sultanzadə isə baş katib vəzifəsində çalışmağa davam edəcək.

Qeyd edək ki, Hüseynzadə 1996-cı ildən federasiyanın prezidentidir.


Digər xəbərlər

0.48006391525269