Qaradağda 20 Yanvar faciəsi yad edildi - Foto

22:34 19-01-2022 | icon 1738
Qaradağda 20 Yanvar faciəsi yad edildi - Foto

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, 20 Yanvar şəhid ailəsi və 13 nəfər 20 Yanvar faciəsinin əlilləri iştirak edib.

 

Tədbir 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirib:

“Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini alıb”.

20 Yanvar faciəsinin əlili İbrahimli Bafadar çıxış edərək o gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınları xatırladıb və baş verən hadisələrdən danışıb.

 

 

Digər xəbərlər

0.26629590988159