Azərbaycan neftinin qiyməti 90 dolları keçib


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 % artaraq 90,56 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Ötən gün “Brent” markalı neftin bir bareli 89,56 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
-
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
...
-
Azərbaycan nefti yenidən bahalaşıb
...
-
“Azeri Light”ın qiyməti 80 dollara çatır
...
-
Barəsində düşünmədiyiniz əlavə gəlir mənbəyi
...
-
Pensiyanın orta aylıq məbləği 500 manat ola bilər
...
-
Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə maraq ildən-ilə yüksəlir”
...
-
"Leon Hotel, SPA və Restoran" kompleksi kimə məxsusdur? - İş adamından özəl açıqlama
...
-
Emin Ağalarov “Crocus Group”dan getdi
...
-
Putin Azərbaycan iqtisadiyyatının əhəmiyyətindən danışdı
...
-
Məqsədli böhtandır - “Çıraq Palas”dan açıqlama
...