20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu

11:49 20-01-2022 | icon 1721
20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni
zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində
şərəfli bir səhifədir. 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal
və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi
Azərbaycan tarixinə həkk olunub. Bir sözlə, 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə
aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların böyük bir
kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş
fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. 20 Yanvar faciəsinin
törədilmə səbəblərindən bəlli olur ki, bu, siyasi maraqlar naminə Azərbaycan xalqına
qarşı törədilmiş cinayətdir.
Ölkə Prezidenti seçildikdən sonra Ulu Öndərin təşəbbüs və göstərişləri ilə 1994-cü ilin
mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli
hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün
mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların
araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. 20 Yanvar
hadisələri mövzusunda danışrakən Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi:
“Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə
yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə
olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının
namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
“20 Yanvar Şəhidi” fəxri adı da məhz 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı
ilə təsis edilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident cənab
İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial
məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Ölkə başçısının təşəbbüsləri
sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün
effektiv sosial müdafiə sistemi formalaşıb.
Bütün bunlarla yanaşı, 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın
xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının
sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm
addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin
ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”
Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının
Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov
küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi
ucaldılmışdır.
Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli
texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından
keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün
ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən,
avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət
bayraqları endirilir. Ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş
şəhidlərimizin müqəddəs xatirələri xalqımızın qəlbində əbədi yaşayacaqdır. yap.org.az

Soltanova Zahidə Cəmilağa qızı
Saatlı rayon dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.32297396659851