Müstəqillik tariximizin 20 Yanvar faciəsi

11:54 20-01-2022 | icon 1462
Müstəqillik tariximizin 20 Yanvar faciəsi

1990-cı ilin yanvar ayının 20-si.Tarixin bu qara səhifəsi,əbədi olaraq hər bir
azərbaycanlı üçün,dünyanın hansı nöqtəsində olmasından asılı
olmayaraq,ümummilli matəm günü kimi qalacaq.Bu faciədə
qohumlarını,yaxınlarını və ya soydaşlarını itirən hər bir kəs 20 Yanvar tarixini
gözüyaşlı keçirir.
Xoşbəxtlik gələndə zərif bir yel kimi gəlir,gəlişi də çox bilinmir.Bədbəxtlik isə tufan
tək gəlir,uçura-uçura,dağıda-dağıda gəlir.Özü də bədbəxtliyi heç kəs öz xoşuna
seçmir,o,özü gəlib bizi tapır.Xalqımızın başına gələn oyunlar kimi,Qanlı 20 Yanvar
kimi.
20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda
mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir.Məhz bu tarixdə
1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və
Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda,azadlıq və müstəqillik uğrunda
şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər.
20 Yanvar tarixindən bir neçə gün əvvəl,Bakı şəhərinin əhalisinə yanlış informasiya
çatdırılmışdır.SSRİ-nin mərkəzi aparatının nümayəndələri şəhər əhalisinə belə
məlumat vermişdilər ki,Sovet ordusu heç vaxt Azərbaycan paytaxtının dinc
əhalisinə qarşı silah işlətməyəcək.Lakin bu qəsdən deyilmiş bir yalan idi.Sovet
ordusu gecə ikən şəhərə daxil olaraq yüzlərlə dinc sakini qanına qəltan etdi.O
zaman ki, Moskva rəhbərliyi qəddarcasına alçaq bir işə imza atdı.
Kim idi bu qanlı hadisələrin təşkilatçısı? Cavab birdir.Sovet imperiyası! Bu dəhşətli
imperiya 1920-ci ildə olduğu kimi,Azərbaycan xalqının azadlıq və müstəqilliyə
qovuşmaq əzmini qırmaq istəyirdi.
Şəhidlər. 1990-cı ilin qanlı yanvar gecəsində, Sovet ordusunun tankları və texnikası
altında həlak olan həmvətənlərimizə xalq belə ad verdi.Şəhidlər Bakı Dağüstü
parkın bir xiyabanındadır.İndi bu xiyaban "Şəhidlər xiyabanı" adlanır.Xiyabanda
dəfn olunan şəhidlər, əbədi olaraq xalqın yaddaşında,Vətənin azadlığı uğrunda
canlarını fəda etmiş qəhrəmanları kimi yaşayacaqlar.Onları hamı yad edir və

edəcəklər:böyüklər və uşaqlar,cavanlar və qocalar.Şəhidlər xiyabanına şəhərimizin
müxtəlif yerindən gəlmiş qonaqlar,bizim millətin and yeri kimi ziyarət
edirlər.Şəhidlərin məzar lövhələri üzərinə,həmişə matəm rəmzi olan al-qırmızı
qərənfilllər boyayır.
Ümummilli liderimiz H.Əliyev:"Biz,vətənin azadlığı və müstəqilliyi uğrunda
canlarından keçmiş şəhidlərimizlə fəxr edirik.Onların xatirəsi bizim qəlblərimizdə
həmişə yaşayacaqdır!".
Alışova Xanım
Saatlı rayon Novruzlu kənd ümumi orta məktəbin müəllimi


Digər xəbərlər

0.27832818031311