Millimiz İspaniyaya qarşı

13:27 26-01-2022 | icon 1101
Millimiz İspaniyaya qarşı

Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Seçməmiz D qrupunda ikinci matçını İspaniya yığmasına qarşı keçirəcək.

Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi Migel Kastilyu olacaq.

Qrupun digər oyununda Gürcüstan və Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, millimiz ilk matçda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.

Avropa çempionatı

D qrupu, II tur

26 yanvar

23:30. İspaniya - Azərbaycan

Baş hakim: Migel Kastilyu (Portuqaliya)

Qroningen. "Martini Plaza".


Digər xəbərlər

0.2579710483551