Allahverdi Musayev şikayətçi jurnalisti qəbul edib təşəkkür etdi

11:01 31-01-2022 | icon 1649
Allahverdi Musayev şikayətçi jurnalisti qəbul edib təşəkkür etdi
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda(OMD xəstəxanasında) ötən gün qarşılaşdığım mənzərə ilə bağlı statusdan xəbərdarsınız. Xəstəxananın direktoru Allahverdi Musayevin dəvəti ilə bu gün yenidən tibb müəssisəsində oldum. Baş həkim Azər Əhmədovun da iştirak etdiyi görüşdə xəstəxana rəhbərliyi yaranan vəziyyətlə bağlı məyusluğunu gizlətmədi və bütün iradlarla razılaşdığını bildirdi. Söhbətimiz 2 saatdan çox oldu.

Bu sözləri İctimai Televiziyanın əməkdaşı Ürfab Məmmədli özünün sosial şəbəkə hesabında yazıb.
O, qeyd edib ki, Azərbaycan Tibb Universiteti və Türkiyənin Ege Universitetinin yetirməsi olan uşaq cərrahı Allahverdi Musayev bir neçə aydır direktor vəzifəsinə təyin olunub:

"Allahverdi Musayev bu müddət ərzində neqativ hallara qarşı ciddi mübarizə apardığını bildirir. Xüsusilə də illərdir OMD xəstəxanasında gecə növbəsində körpələrə "Dimedrol" vurularaq yatızdırılması, dərman və tibbi ləvazimatların oğurluğu kimi halların qarşısının alındığını deyir. Üstəlik, bir vaxtlar xəstəxanada çarpayı üçün vətəndaşlardan qanunsuz ödənişlər tələb olunurdusa, bu gün həmin "ənənə" kökündən qaldırılıb. Direktor qeyd edir ki, "bir vaxtlar xəstəxanada bir gündə ən azı 5 körpənin ölümü yaşanırdı. Bu ölümlərin əksəriyyəti isə həkimlərin düzgün müdaxilə və aparatlardan təyinatı üzrə istifadə etməmələri olurdu". Allahverdi Musayev bu gün belə halların xeyli azaldığını iddia edir.
Xəstəxananın təchizatı ilə də tanış oldum və əminliklə deyə bilərəm ki, körpələrimizin həyatını xilas etmək üçün tələb olunan bütün aparat və ləvazimatlar ən müasir tələblərə cavab verəcək səviyyədədir. Xəstəxananın təklif etdiyi xidmətlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən, birmənalı şəkildə, qarşılanır.

Allahverdi Musayev bu neqativ reallığı danmadığını və hətta bu məsələni ictimailəşdirdiyim üçün təşəkkür belə etdi.
(səmimi idimi? Mənə səmimi təsir bağışladı). Direktor həkimlərin icbari tibbi sığorta vasitəsilə edilən ödənişlərində gecikmələrin olduğunu, bunu maliyyəçilərin işinin çoxluğu ilə əsaslandırdı. Sitat: "Həkimlər ola bilər bugünkü xidmətə görə bu ay və ya növbəti ay əlavələri almırlar. Lakin gecikmə də olsa, bu pul həkimlərə mütləq ödənilir. Üstəlik, həkimlərə stimul olsun deyə, müəyyən məbləğ də ödənilib. Düzdür, bəlkə də bu gün tibbi personal İcbari Tibbi Sığortadan əvvəl qazandığı kimi qazanmır. O vaxt onlar vətəndaşa qiymət oxuyur, öz istədikləri tariflə hərəkət edirdilər. Lakin İcbari Tibbi Sığortanın tətbiqi bu sahədə yaşanan vəziyyəti nizamlamağı hədəfləyib. Bu gün toplamda həkimlərimizə ödənilən məbləğ heç də aşağı deyil. Nəzərə alsaq ki, xəstəxanamıza müraciətlərin sayı çoxdur və bu əmək haqqına əlavə ödənişlərə ciddi təsir edir. Tibbi personalla mütəmadi söhbətlər edilir, vətəndaşlardan pul alınmamasını, xidmətin yalnız İcbari Tibbi Sığorta tərəfindən edilməsini tələb edirik."
 

Digər xəbərlər

0.32650709152222