İlham Əliyevin Gəncə səfərindən yeni - Fotolar

12:32 31-01-2022 | icon 1290
İlham Əliyevin Gəncə səfərindən yeni - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Eyni zamanda Prezident Gəncə Memorial Kompleksinin təməlini qoyub, Kompleksin yaradılacağı ərazi ilə tanış oldu. 

Həmçinin dövlət başçısı İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub.

Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib.  İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı deponu işə salıb.

 

 











 

Digər xəbərlər

0.29464912414551