Hafiz Məmmədov azadlıqda
Yanvarın 27-də həbs edilən iş adamı Hafiz Məmmədov bu gün ev dustaqlığına buraxılıb.
Bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun vəkilləri tərəfindən verilən vəsatət təmin olunub.
Qeyd edək ki, Hafiz Məmmədov vergi borcunu ödəmədiyinə görə həbs edilmişdi. Onun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilmişdi.
Vəkillərinin sözlərinə görə, H.Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 mini ödəyib. Hafiz Məmmədov vəkili vasitəsilə müraciət edərək ev dustaqlığına buraxılmasını xahiş etmişdi. Eyni zamanda, vergi borcunu da ödəməyə hazır olduğunu bildirmişdi.
Əldə etdiyimiz məlumata görə, Hafiz Məmmədov bu gün borcunun bir hissəsini ödədikdən sonra məhkəmə zalından azadlığa buraxılıb.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...