Gənclər siyasətinin təməlində duran Ulu Öndər Heydər Əliyevin siyasi irsi

11:38 04-02-2022 | icon 1331
Gənclər siyasətinin təməlində duran Ulu Öndər Heydər Əliyevin siyasi irsi

Gənclik - gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə
deməkdir. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların
problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti
müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi
dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə
ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasi qoyuldu. 1994-cü
ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral
tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci
ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa
başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir
ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil
yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız
qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın
müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan
diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Hələ 1999-cu ildə ölkə prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmiş
“Dövlət Gənclər Siyasəti haqqında” fərman dövlət gənclər siyasətinin həyata keçirilməsinə,
uşaq və gənclərlə işləyən kadrların hazırlanmasına, gənclərin həyatında baş verən proseslərin
elmi şəkildə öyrənilməsinə, uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemlərin həlli
istiqamətində əməli tədbirlərin görülməsinə şərait yaratmışdır.Həmin fərmanla
müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə 1999-2004-cü illər ərzində bir
sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən, normativ və hüquqi aktlar qəbul
edilmiş, Azərbaycan Respublikası Gənclər, İdman və Turizm (indiki Gənclər və İdman)
Nazirliyi, Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və Respublika Uşaq İstirahət
və Sağlamlıq Mərkəzi yaradılmışdır.Uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların
problemlerinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək, həyata
keçirilən gənclər siyasətini tənzimləmək məqsədi ilə 2002-ci ildə “Gənclər Siyasəti haqqında”
Azərbaycan Respublikasının Qanunu qebul edilmişdir.Qanunda gənclər siyasətinin əsas
prinsipləri öz əksini tapmış, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçillik prinsipləri
əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət- ənənələrinə, dövlət dilinə və
ümummilli problemlərin həllinə,hüquq və azadlıqların hər hansı şəkildə məhdudlaşdırılmasının
yolverilməzliyi əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini
cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra
olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək
dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
Azərbaycan Respublikasının Gənclər Fondu - 7 mart 2018-ci il tarixində yenidən yaradılan,
Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə
yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən
layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. Azərbaycan
Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral
2011-ci il tarixli 826 nömrəli fərmanı ilə təsis olunmuşdur. Fond Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə
Tədbirlər Planın 6.1.4-cü bəndinə əsasən yaradılmışdır.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına
nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham
Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının

nəticəsidir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim
gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana
bilərsiniz. Mən də sizə arxalanıram”. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss
edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək
münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və
müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır,
öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini
dəstəkləyirlər. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir
siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Ələddin Zeynalov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.24385213851929