Başqa kişinin fotosunu bəyəndi, əri onu boşadı – VİDEO
Sosial şəbəkələr vasitəsi ilə tanış olub ailə quranların sayı kifayət qədər çoxdur. Ancaq həyatımıza nüfuz edən sosial şəbəkələr bir sıra hallarda xoşagəlməz nəticələrə də səbəb olur. Burada yazılan rəylər hətta bir şərhi yaxud fotonu bəyənmə ailələrin dağılması ilə nəticələnir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, paytaxt Bakıda qadın sosial şəbəkədə başqasının paylaşdığı fotonu bəyənib, həyat yoldaşı isə bu səbəbdən ondan boşanmaq qərarına gəlib.
Hüquqşünas Xəyal Bəşirli məhkəmədə xanımın vəkili qismində çıxış edib.
Sosioloq Rəşad Əsgərov qeyd edir ki, bu səbəbdən ailənin dağılması, cəmiyyətimizdə sosial şəbəkələr qarşı yanlış yanaşmadan irəli gəlir. Yəni kifayət qədər əlverişli sayılabiləcək sosial şəbəkə əslində başqa məqsədlərlə istifadə edilir və nəticədə fərdlər arasında fikir ayrılığı, münasibətlərdə ziddiyyətlər yaranır.
Məhz bu yanaşmalar Azərbaycan ailəsində əsasən kişilərin xanımına sosial şəbəkələrə qarşı məhdudiyyət qoyması ilə nəticələnir. Elə bu səbəbdən, xanımın sosial şəbəkədə kiminsə fotosunu bəyənməsi boşanmaya gətirib çıxarır.
S.B.
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...