Azərbaycan gəncliyi böyük potensiala malikdir

13:01 07-02-2022 | icon 1923
Azərbaycan gəncliyi böyük potensiala malikdir

Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin xüsusi önəm verdiyi prioritet sahələrdəndir.
Fövqəladə siyasi dühaya sahib olan Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan
uğurlu siyasi kurs möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın
qüdrətli dövlətə çevrilməsi naminə ardıcıl şəkildə davam etdirilir, gənclərin faydalı
məşğulluğu təmin edilir, dinamik inkişaf yolunda ideya müəllifi kimi çıxış etməsinə geniş
imkanlar yaradılır.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet
olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı
məhz Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə
yetirdilər. Müharibə zamanı Azərbaycan gəncləri hərbi komissarlıqlara gedərək könüllü
şəkildə vətənimizin müdafiəsinə qalxdılar. Bununla da ölkəmizin işğal altında olan
torpaqlarının hamısının düşməndən azad edilməsində yaxından iştirak etdilər. Bu gün biz
şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin
siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Hesab edirəm ki,
bu da Azərbaycan gəncliyinin ən yaxşı nümunələrindən biridir.
Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır.
Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən
ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşməni diz çökdürən rəşadətli
Azərbaycan Ordusunun əsgər və zabitlərinin əksəriyyətinin gənclər olduğunu bilirik. Həmin
gənclər ki, öz igidliyi, cəsurluğu və qorxmazlığı ilə tarix yazdılar, ərazi bütövlüyümüzü bərpa,
tarixi ədaləti bərqərar etdilər. Cəmi 44 gün ərzində düşmən üzərində zəfər çaldılar. Gücü və
qüdrəti ilə bütün dünyaya səs salan Azərbaycan Ordusu, Azərbaycan gəncləri qəhrəmanlıq
simvoluna çevrildilər. Gələcək nəsillər üçün örnək, nümunə yeri oldular, bizim gənclərimiz.
Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda
çıxış edərkən İlham Əliyev ölkə gəncliyi qarşısında bir daha vurğuladı ki, Azərbaycan
dünyada artıq öz yeri və sözü olan dövlət kimi tanınır: "Müstəqilliyimizin 30 illiyini keçən il
qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə
ilə fəxr edə bilər”.
Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli
ölkə kimi Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib və bu gün ölkəmiz əksər dövlətlərlə
hərtərəfli əməkdaşlıq edir.
Dövlət başçısı gələcəyin qurucuları, ölkənin aparıcı qüvvəsi qarşısında bir daha qətiyyətlə
vurğuladı ki, Azərbaycan müstəqildir və müstəqil siyasət yürüdür: "Heç bir kənar qüvvə
bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu
cəhdlər heç bir nəticə verməyib və verməyəcək”.
Xilaskar Ali Baş Komandanın qətiyyətli fikirləri hər bir azərbaycanlıda qürur, fəxarət hissi
yaratdı. Gələcəyin aparıcı qüvvəsi olan gənclərə isə stimul verərək əzmkarlıq nümunəsini
ortaya qoydu. Hər bir gənc bir daha lider qətiyyətinin nəyə qadir olduğuna şahidlik etdi.
Biz- Azərbaycan gəncliyi bu yolda ən etibarlı bələdçimiz olan İ. Əliyevin rəhbərliyi ilə çox
möhtəşəm nailiyyətlər əldə edəcək, daim zəngin mənəvi - tarixi köklərimizə dayanaraq milli
mövqeyimizi müdafiə edərək vətənimizi dünyanın diqqət mərkəzinə çevirəcəyik.

Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e


Digər xəbərlər

0.28715991973877