5000 manata “Kalaşnikov” satarkən tutuldu - Video

19:58 08-02-2022 | icon 1948
5000 manata “Kalaşnikov” satarkən tutuldu - Video

Bakıda 5000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Neftçala rayon sakini, əvvəllər məhkum edilmiş Cahid Bağırovda silah olması və satmaq istəməsi barədə məlumat daxil olub.

Həmin şəxs odlu silahı 5000 manata satmaq istəyən zaman Yasamal RPİ əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Cahid Bağırov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Araşdırma zamanı onun Yasamal rayonunda evlərdən birindən təmir-tikinti aləti oğurladığı da müəyyən edilib.

Digər əməliyyatlar zamanı isə narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul Fərid Ayvazov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xəqan Yusupov saxlanılıblar. Bu şəxslərin üzərindən heroin və metamfetamin aşkar edilib.

Əməliyyatlar zamanı saxlanılan hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

 

 
 

Digər xəbərlər

0.26155304908752