“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlandı

09:47 13-02-2022 | icon 1282
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlandı

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb.

Bu barədə məlumatı Beynəlxalq Avtomobil Federasiyasının (FIA) öz rəsmi tviter hesabında paylaşıb. 

 

Məlumata görə, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.

İkinci test yürüşü isə saat 18:00-da baş tutacaq.

İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, 18:00-da isə sıralama turu start götürəcək. Əsas yarış isə iyunun 12-də saat 15:00-da başlayacaq.

Qeyd edək ki, "Formula 1"in yeni mövsümü martın 20-də Bəhreyndə başlayacaq. Azərbaycan Qran-prisi isə 10 - 12 iyunda Bakıda təşkil olunacaq.


Digər xəbərlər

0.23220014572144