Bakıda Çevik Polis Alayının əməkdaşları bıçaqlanıb

09:56 13-02-2022 | icon 1549
Bakıda Çevik Polis Alayının əməkdaşları bıçaqlanıb

Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.

Hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

0.21637296676636