“Marsel” – “Qarabağ” oyununun təyinatları

18:56 15-02-2022 | icon 1646
“Marsel” – “Qarabağ” oyununun təyinatları

Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

Görüşü Montoneqro Futbol Federasiyasından Nikola Dabanoviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Milovan Cukiç, Vladan Todoroviç (yan xətt hakimləri) və Miloş Boşkoviç (dördüncü hakim) kömək göstərəcəklər.

Xatırladaq ki, fevralın 17-də Fransada keçiriləcək "Marsel" - "Qarabağ" görüşü yerli vaxtla saat 21.00-da (Bakı vaxtı ilə saat 00:00) başlanacaq. Cavab görüşü fevralın 24-də Bakıda olacaq.


Digər xəbərlər

0.22255206108093