"Tehran taymz" Akademik Misiqili Teatrdan yazdı
"Tehran times" informasiya agentliyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayiş etdirdiyi tamaşalardan yazıb.
"Tehran times" informasiya agentliyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 40-cı "Fəcr" Beynəlxalq Teatr Festivalındakı uğurlu iştirakından, həmçinin beynəlxalq tədbir çərçivəsində nümayiş etdirdiyi tamaşalardan yazıb.
Məqalədə Akademik Musiqili Teatrın "Bir nəfəs qədər" (rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda) tamaşasının süjet xətti barədə oxuculara ətraflı məlumat verilir. Eyni zamanda Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin "Tehran Şəhər Teatrı" kompleksində bu tamaşanın nümayişindən əvvəl etdiyi çıxışından da bəzi məqamlar diqqətə çatdırılır:
"Bir nəfəs qədər" musiqili dramında ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərdən bəhs edilir. Bu qələbəni bütün müsəlman dünyasının qələbəsi hesab edirik... Biz döyüşlərdə hər zaman əsgərlərimizə dəstək olmuşuq və onların şücaətindən bəhs etməklə bütün şəhidlərimizin xatirəsini yad edirik".
"Tehran taymz"da qeyd olunan materialda teatrın festivalda təqdim etdiyi digər tamaşa – görkəmli rus yazıçısı Fyodor Dostoyevskinin "Utancaq qız" povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulan eyniadlı monotamaşa haqqında da məlumat verilir.
Yazıda qeyd olunan fikirlərdə teatrın "Fəcr" kimi nufuzlu bir festivalda iştirakı yüksək qiymətləndirilir, belə görüşlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunur.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...