Azərbaycan neftinin qiyməti 100 dolları keçdi - Son 8 ildə ilk

12:30 17-02-2022 | icon 1559
Azərbaycan neftinin qiyməti 100 dolları keçdi - Son 8 ildə ilk

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,2 faiz artaraq 100,76 dollar olub.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan neftinin qiyməti bir barel üçün 100 dollardan artıq 2014-cü ildə qeydə alınıb.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.


Digər xəbərlər

0.28082799911499