Xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanırlar

22:42 17-02-2022 | icon 1641
Xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanırlar

Bu il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
ölkəmizin enerli sahəsində qazandığı növbəti uğura imza ataraq “Qobu” Enerji
Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu”
yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak
edib. Qovşağın texniki göstəriciləri ilə yaxından tanışlıqdan sonra ölkə başçısı həm də
Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verdi.
Qeyd edilməlidir ki, Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır.
Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji
amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə
sövq etdi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ
mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz buna görə
bu gün Avropa dövlətlərinin bir çoxu alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə
çevirib. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir.
“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji
obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə
salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə
qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb
edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa
edilməsi bizim güclü imkanlarımızdan xəbər verir". Prezident İlham Əliyev bu fikirləri
“Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra AZƏRTAC-a müsahibəsində
söyləyib. Prezident bildirib ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq
Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu, onu
göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız vardır.
Dövlətimizin başçısı AZƏRTAC-a müsahibəsində həm də bildirib ki, bu gün
bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu
işin nəticələrini görürük. Xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar.
Azərbaycan Prezidenti “ACWA Power” şirkətinin ölkəmizdə 240 meqavatlıq külək
elektrik stansiyasının tikintisin başladığını, BP və Birləşmiş Ərəb Əmirliklərinin Mazdar
şirkətləri ilə günəş elektrik stansiyalarının inşasına dair danışıqlar aparıldığını diqqətə
çatdırıb. Azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük
potensial olduğunu bildirən Prezident İlham Əliyev yerli və xarici investorları bu sahəyə
sərmayə qoymağa dəvət edib. Qeyd olunub ki, Kəlbəcər-Laçın zonasında və azad
olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var.
Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə
sərmayələr yatırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə
bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları
daha çox olacaq.

Ağayeva İradə Qurban qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.24002003669739