Nazir və səfir “Qarabağ”ın futbolçuları ilə görüşdü - Foto

22:57 17-02-2022 | icon 1896
Nazir və səfir “Qarabağ”ın futbolçuları ilə görüşdü - Foto

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Qarabağ”ın futbolçuları ilə görüşüb.

Bu barədə səfir Tvitter hesabında paylaşım edib.

 

“Doğma “Qarabağ” futbol klubumuza uğurlar arzu edirik. Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da “Qarabağ”ımızın yanındadır”, - R.Mustafayev qeyd edib.

Qeyd edək ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Xatırladaq ki, Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” - “Qarabağ” görüşü Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq.


Digər xəbərlər

0.22094893455505