Ağdam Cümə Məscidinin bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək

16:22 18-02-2022 | icon 1506
Ağdam Cümə Məscidinin bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək

Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan
Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir. Məscid binası daşdan, binanın
fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. 
Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş
və Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni
təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı
bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. Abidə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə
əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Silahlı münaqişə baş
verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının ermənilər
tərəfindən pozulduğunu bir daha təsdiqləyir. 
30 ilə yaxın ermənilərin işğalı altında qalan Ağdam şəhəri tamamilə
dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə ermənilər tərəfindən
dağıntıya nisbətən az məruz qalan tikili Cümə məscidi olub. İşğal dövründə
məscidin minarələri erməni hərbçilərin ətraf ərazilərə nəzarət etmələri
məqsədilə müşahidə qülləsi kimi, ibadət ocağının özü isə donuz və mal-
qara saxlanılması üçün istifadə olunub. 
Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən
başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren
GmbH” şirkəti ilə müqavilə imzalanıb. Bu, Heydər Əliyev Fondunun
Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir
ilk addımda örtük və sement birləşmələri tamamilə çıxarılacaq. Tarixi
kərpiclərin zədələnməməsi və kompozitin divardan qopmaması üçün işlər əl
ilə aparılacaq. Bərpa prosesinin ikinci mərhələsində fasadlar biogen
böyümədən təmizlənəcək, zədələnmiş və ya qırılmış kərpiclər bərpa ediləcək,
karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə yenidən işarələnəcək.
Məscidin bişmiş kərpicdən hörülmüş iki minarəsinə spiralvari pilləkənlə
qalxmaq mümkündür. Birinci mərhələdə qırıq birləşmələr, kafel başları və
mövcud rəng nümunələri çıxarılacaq, ikinci mərhələdə minarələrin kərpic
hörgülərinin biogen artımının qarşısı alınacaq, üçüncü mərhələdə isə kərpic
başları bərpa olunacaq. Daha sonra rəng nümunələri və yazı zolaqları tarixi
xüsusiyyətlərə uyğun olaraq mineral rəngli materialla bərpa ediləcək.
Tarixi görüntülərdən də göründüyü kimi, məscid əvvəlcə taxta dam örtüyü
ilə örtülüb, kərpic günbəzlər damın altında havadan və küləkdən qorunub. İlkin

mərhələdə damın bütün landşaftı son biogen artımından azad ediləcək, qübbələr
üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılacaq.Konservasiya
zamanı çatışmayan, zəifləmiş və ya qeyri-sabit hörgü və tonoz konstruksiyaları
yenilənəcək və ya birləşdiriləcək.Namaz zalında birinci mərhələdə əsas
kərpicdən başqa bütün gips çıxarılacaq və sonrakı iş mərhələləri üçün
hazırlanacaq. Bütün otaqlarda əhəng əsasında yeni, üçqatlı suvaq sistemi tətbiq
ediləcək, son qatda ilk versiyaya (ağ rəngli) uyğun mineral boya tətbiq
olunacaq.Məscidin mehrabı hazırda qəzalı vəziyyətdədir. Müvafiq olaraq,
məscidin bərpası zamanı təxminən 2 metr hündürlüyə qədər torpaq sahəsində
duzsuzlaşdırma tədbirləri həyata keçiriləcək.
Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək.
Ədalət Miriyev
Saatlı rayon Əliabad kənd ümumi orta məktəbinin direktoru


Digər xəbərlər

0.25949692726135