Fərid Qayıbov Mini-Futbol Federasiyasının fəaliyyəti ilə tanış olub

21:49 21-02-2022 | icon 1693
Fərid Qayıbov Mini-Futbol Federasiyasının fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” mini-futbol meydançaları kompleksində Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb.

Nazirlikdən verilən məlumata görə, federasiyanın infrastrukturu ilə tanış olan F.Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxta qədər görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.


Digər xəbərlər

0.23212599754333