Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - Rəsmi
Nazirlər Kabineti “Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, “Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:
“2.3-1. Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.”.
“3.8.3. III ixtisas qrupu:
3.8.3.1. dil-tarix (DT) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);
3.8.3.2. tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və coğrafiya (nisbi
əmsal:1);”.
“3.9-1. III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.”.
Qaydalara 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar”ın III ixtisas qrupu sütunu “İxtisasların adı” sətrindən sonra “Dil-tarix (DT) altqrupu” və “Tarix-coğrafiya (TC) altqrupu” adlı iki sütuna bölünməklə aşağıdakı redaksiyada verilib:
-
“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
...
-
Prezident bir qrup rektoru təltif edib
...
-
Şərəfli müəllim ömrü - Aidə İsmayılova
...
-
Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi maksimum bal toplayıb
...
-
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
...
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...