Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisinin fevralın 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Iclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:
1. Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Milli Məclisinin Bəyanatı haqqında Azərbaycan Milli Məclisinin qərarının layihəsi.
2. Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin üzvünün seçilməsi haqqında Azərbaycan Milli Məclisinin qərarının layihəsi.
3. “Azərbaycan Silahlı Qüvvələri haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan qanununun layihəsi (üçüncü oxunuş).
4. “Qaz təchizatı haqqında” Azərbaycan Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan qanununun layihəsi (üçüncü oxunuş).
5. İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (üçüncü oxunuş).
6. “Dini etiqad azadlığı haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
7. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş).
8. “Tibbi sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
9. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş).
11. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...