ASAPES Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə saziş imzalayıb

21:07 22-02-2022 | icon 1773
ASAPES Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə saziş imzalayıb

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında anlaşma sazişi imzalanıb.

ASAPES-in mətbuat xidmətindən verilən məlumata görə, Moskvada imzalanmış sənədə MGİMO rektoru Anatoliy Torkunov və ASAPES rektoru Fuad Hacıyev qol çəkiblər.

Saziş MGİMO və ASAPES arasında elmi-tədqiqat, təhsil və konsaltinq layihələrinin, elmi-tədris tədbirlərinin, akademik və tələbə mübadiləsinin birgə həyata keçirilməsini, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Eyni zamanda, fevralın 21-də “İdman menecmenti” magistratura proqramının ikili diplom formasında tətbiq edilməsi haqqında iki ali təhsil müəssisəsi arasında müqavilə imzalanıb.

Müqaviləyə uyğun olaraq, MGİMO və İdman Akademiyası qabaqcıl Avropa universitetlərindəki tərəfdaşlarını da “İdman menecmenti” magistr proqramının həyata keçirilməsinə cəlb edəcəklər.

Qeyd olunan təhsil proqramını müvəffəqiyyətlə bitirən tələbələrə “İdman menecmenti” ixtisaslaşma dərəcəsi verilməklə MGİMO və ASAPES-in magistr diplomu təqdim ediləcək.


Digər xəbərlər

0.24676394462585