Elxan Məmmədov FIFA prezidenti ilə görüşüb
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov FIFA-nın İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahında ali futbol qurumunun prezidenti Canni İnfantino ilə görüşüb.
Görüş zamanı E.Məmmədov milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevin adından isveçrəli funksionerə ötən il təşkil olunmuş Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə oyununu (3:1) izləməsi ilə əlaqədar bir daha minnətdarlığını bildirib.
Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkədə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.
Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...