Güclü külək Ağstafada fəsadlar törədib – FOTO

08:50 22-03-2017 | icon 6734
Güclü külək Ağstafada fəsadlar törədib – FOTO

Ötən axşam Ağstafa rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, təbiət hadisəsi sakinlərə ziyan vurub.

Belə ki, külək nəticəsində iri ağaclardan qırılan budaqlar rayon mərkəzindəki marketin dam örtüyünün üstünə düşüb. Nəticədə dam örtüyü yarasız olub. 

Külək həmçinin rayonun Qırlı kəndində də sakinlərdən birinə ziyan vurub. Belə ki, kənd sakininin evinin yardımçı hissəsinin dam örtüyü tamamilə uçub. Nəticədə ev sahibinə xeyli ziyan dəyib.

S.B.


Digər xəbərlər

0.24699711799622