Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir

10:40 26-02-2022 | icon 1239
Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya
Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə
imzalamışlar.  
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır. İki ölkə prezidentləri
arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya
Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının
daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi
əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.
Eyni zamanda Azərbaycanda da çoxsaylı rus icması yaşayır. Azərbaycanda
təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox
şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili
bölmələrində oxuyur. Bunlar iki dövlət başçısı arasındakı görüş zamanı xüsusi
vurğulanıb.
Ölkəmizin milli maraqlarına tam uyğun olan 43 maddəlik Moskva
bəyannəməsində hər iki ölkənin  müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət
suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-
birinin daxili işlərinə qarışmamaq,  güc tətbiq etməmək və güclə hədələməmək
prinsipləri üzərində qurulması,  müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən,
eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək və öz ərazisində hər hansı bir
təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı
yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəliklər yer alıb. Bəyannamədə, həmçinin
 beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və
digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.
Moskva Bəyannaməsində  keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il
tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il
tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır.
Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil
cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi
qeyd olunur.
   Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi
də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.
Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Bu
müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın
zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi ölkə başçısı
cənab İlham Əliyevin dahi siyasətçi olduğunu bir daha təsdiqlədi.

Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.29895997047424