Qoşulmama Hərəkatının uğurlu təşəbbüsləri

21:25 01-03-2022 | icon 1984
Qoşulmama Hərəkatının uğurlu təşəbbüsləri

Fevralın 25-də BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin
artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr keçirilib. Bu
müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyev geniş çıxış edib. Ölkə başçısı bildirib ki, “Azərbaycan COVID-19
pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata
keçirilməsini davam etdirir. Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında
başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası
vurulub.”
COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının
qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin
əlaqələndirilməsində BMT sisteminin fundamental rolu var. Ümumdünya Səhiyyə
Təşkilatının səyləri əvəzolunmazdır.
Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və
həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək,
pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir
sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş
Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi
Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları
Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə
mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv
dövlətlər adından irəli sürülub. Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, COVID-dən
əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət
büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.
Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq
həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT
Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin
təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Bununla bağlı Prezident
İlham Əliyev həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığını
bildirib.
Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan
birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və
humanitar yardımı edib. Bununla yanaşı, Azərbaycan 5 ölkəyə peyvənd ianəsi edib və
bu iş davam etdirilir. Hazırda ölkəmiz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə
təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindədir.
Ölkəmizin rəhbərlik etdiyi Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan
qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq
Beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirir. Bu
mənada Qoşulmama Hərəkatı post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı
nəticəyönümlü təşəbbüslərlə çıxış edəcəkdir.
Ağayeva İradə Qurban qızı.
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.24176001548767