Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirilib
“İdman Həftəsi” çərçivəsində Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Zemfira Meftəhəddinova, ADBTİA-nın rektoru Fuad Hacıyev iştirak ediblər. Nazir Fərid Qayıbov idman ictimaiyyəti nümayəndələrini 5 – Mart Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində salamlayıb və görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, Tokio Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin və nəticələrinin təhlili ilə bağlı hesabat təqdim edilib, 2024-cü ildə Parisdə keçiriləcək Yay olimpiya oyunlarına hazırlıq planları ilə bağlı sorğunun nəticələri açıqlanıb. Görüşdə həmçinin nazirliyin federasiyalar üçün nəzərdə tutulmuş inkişaf vasitələri, federasiyaların akkreditasiyası prosesi, idmançıların reytinq əmsalının hesablanması qaydaları, idmançıların təhsili ilə bağlı məsələlər, maliyyə məsələləri, media ilə bağlı məsələlər, digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri səsləndirilib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, gənclər və idman naziri Fərid Qayıbov ötən il uğur qazanmış bir qrup idmançıya yeni mənzillərin orderlərini təqdim edib.
Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə fəxri adlara layiq görülmüş bir sıra idmançılara və idman mütəxəssislərinə həmin fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları təqdim edilib.
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...