Sabirabadda 5 mart Bədən Tərbiyəsi və İdman gününə ilə əlaqədar bir qrup idmançı və məşqçi müəllimlərlə görüş keçirilib

10:08 05-03-2022 | icon 1259
Sabirabadda 5 mart Bədən Tərbiyəsi və İdman gününə ilə əlaqədar bir qrup idmançı və məşqçi müəllimlərlə görüş keçirilib
Sabirabadda 5 mart Bədən Tərbiyəsi və İdman gününə ilə əlaqədar bir qrup idmançı və məşqçi müəllimlərlə görüş keçirilib.
 
Görüşdə Sabirabad rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək, Sağlamlığın qorunması və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə daha da uca tutulmasında bədən tərbiyəsinin əhəmiyyəti və rolunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i Azərbaycan Respublikasında “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunduğunu qeyd edib.
 
N.Quliyev bildirib ki, "5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür:
 
"1995-ci il martın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmana əsasən əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında İdman Fondu yaradılmışdır."
 
Daha sonra Samuray SS klubunun rəhbəri Nazim Məlikov, Sabirabad Uşaq,Gənclər, Şahmat məktəbinin direktoru Cəfər Teyfi-İbadov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevə idmana göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər və idman günü münasibətilə bütün idmançıları təbrik ediblər.
 
Tədbiri Nadir Quliyev yekunlaşdıraraq ötən il ərzində bir çox nəaliyyətlər əldə etmiş idçançıları və məşqçi müəllimləri idarənin diplom və fəxri fərmanları ilə təltif edib.Sonda xatirə fotosu çəkdirilib.
 
 
 

Digər xəbərlər

0.30563592910767