"Bakcell Arena" təmirə bağlanır

10:30 06-03-2022 | icon 1264

"Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena" stadionu təmirə bağlanır.

Bu səbəbdən "Neftçi" PFL-dən "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.

Stadionda aparılacaq işləri, paytaxt təmsilçisinin müraciətini və qarşı tərəfin razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Qeyd edək ki, son ölkə çempionu martın 13-də Azərbaycan Premyer Liqasının XIX turunda "Sumqayıt"ı qəbul edəcək.


Digər xəbərlər

0.26413798332214