Maksim Medvedev millidəki karyerasını başa vurur

16:04 07-03-2022 | icon 1567
Maksim Medvedev millidəki karyerasını başa vurur

“Qarabağ”ın kapitanı Maksim Medvedev millidəki karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Millimizin də kapitanı olan 33 yaşlı müdafiəçi "Qəbələ" ilə bugünkü oyundan sonra təşkil olunan mətbuat konfransında 1 ildən sonra yığmadan gedəcəyini deyib: 

“İnanmıram ki, Rəşad Sadıqovun yığmada 111 oyunluq hədəfinə çata bilərəm. Ona görə də yəqin ki, bir ildən sonra karyeramı bitirəcəm. Çünki 34 yaş milli karyerasını yekunlaşdırmaq üçün əsas vaxtlardan biridir”.

Qeyd edək ki, Maksim Medvedev 2009-cu ildən milli komandamızda çıxış edir.


Digər xəbərlər

0.26831197738647