Azərbaycanda qadın siyasəti

11:04 10-03-2022 | icon 1457
Azərbaycanda qadın siyasəti

Tarixin bütün dövrlərində Azərbaycan qadını öz doğma Vətəninin
müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində
əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının
ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan
qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə
Xatun, Sara Xatun,Nüşabə,Tomris,Nigar,Həcər,Tutu Bikə kimi qəhrəmanlıq
nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.
Tarixə nəzər saldıqda Şərqdə ilk dəfə qadına səsvermə hüququnun
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində verildiyinin şahidi oluruq. Bu
mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil
respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin,həm
də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən
edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının  Ümummili Lider Heydər
Əliyevin adı ilə bağlı olması tarixi faktdır.O, qadınların idarəetmə, qərar
qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil
kimi hər zaman irəli sürmüşdür.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması,
qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul
edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib
hissəsidir.
Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul
olunması,fərman və sərəncamların imzalanması,beynəlxalq təşkilatlara üzv
olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının
reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan
vermişdir.
Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya
əsasən  irqindən,etnik
mənsubiyyətindən,dinindən,dilindən,cinsindən,mənşəyindən,əmlak
vəziyyətindən,qulluq mövqeyindən,əqidəsindən,siyasi partiyalara,həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq,hər
kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir.Azərbaycan
Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarının,hər
kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət
növü,peşə,məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir.Bu da
demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazasının
əsasını təşkil edir.Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi

həyatın bütün sahlərində gender siyasətinin güclənməsinə gətirib
çıxarmışdır.
Azərbaycan bir sıra beynəlxalq təşkilatlara
qoşularaq,konvensiyaları,protokolları qəbul etmiş və  milli qanunvericilikdə
qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir.Ölkəmiz 1995-ci ildə
“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”
BMT Konvensiyasını, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın
əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi
haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq
verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq
sahəsində ayrı-seçkilik haqqında” və “Ərdə olan qadının vətəndaşlığı
haqqında” Konvensiyalarını qəbul etmişdir.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın
189 ölkəsi kimi Azərbaycan da Pekin Bəyannaməsi və Fəaliyyət
Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların
siyasi,iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır.Pekin
Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının
hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün
inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan
qaldırılacağını bəyan etmişdir.
1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”
Fərman imzalanmış və Qadın Problemləri üzrə Dövlət Komitəsi
yaradılmışdır.Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna
əhəmiyyətli işlər görmüş,tədbirlər həyata keçirmişdir.
1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının
qurultayları keçirilir.Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən
əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
2000-ci ildə imzalanan “Azərbaycan Respublikasında dövlət qadın
siyasətinin həyata keçirilməsi haqqında” Fərman ölkədə qadın siyasətinin
daha da güclənməsinə gətirib çıxarmışdır. Fərmanın icrasını təmin etmək
məqsədi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 26 sentyabr tarixli,176 nömrəli Qərarına əsasən nazirlik, komitə,
şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar
çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri
üzrə məsul şəxslər təyin edilmişdir. Bu Qərar bütün dövlət orqanları
(qurumları) və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə
bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə
gender amilinin daxil edilməsinə imkan verir.
Həmin ildə eyni zamanda Azərbaycan Respublikasının Nazirlər
Kabineti “Azərbaycan Respublikasında Qadın Məsələləri üzrə 2000-2005-ci

illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli
prioritetləri nəzərə alaraq, siyasət,iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və
səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların
problemlərini əhatə etmişdir.      
Qadın hüquqları eyni zamanda bir sıra məcəllələrlə (Ailə,
Mülki,Cinayət,İnzibati Xətalar və s.) də təsbit olunmuşdrur. Qəbul olunmuş
bir sıra dövlət proqramları,o cümlədən ”2008-2015-ci illərdə Azərbaycan
Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət
Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan
Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqram”ları
ölkənin siyasi,sosial,iqtisadi,mədəni həyatında qadınların rolunun
artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni
meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir.Ölkə
başçısının rəhbərliyi ilə  yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf
edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin
reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.Qadın
hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların
genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən
etdiyi prioritet istiqamətlərdəndir.2006-cı ildə qadınlarla bağlı işlərin daha
mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində
bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın
təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gender (kişi və qadınların)
bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının
qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul
olunmuşdur.Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni
düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin
qırılmasına səbəb olmuşdur.
Hüquqi bazanın təkmilləşdirilməsi,bərabər hüquqların təmin edilməsi
üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə həm ölkədə,
həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da
yüksəklərə qaldırır.Onun simasında dünya dövlətlərinə dərin bilik və
intellekt sahibi olan ziyalı,peşəkar siyasətçi,humanist Azərbaycan qadını
obrazı  təqdim olunur.Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi
Heydər Əliyev fondunun timsalında əks olunub.Heydər Əliyev Fondu
Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər
Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı
proqram və layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin
edir.Fond Azərbaycan xalqının öz böyük siyasətçisi Heydər Əliyevin
xatirəsinə ehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir,Heydər

Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək
zərurətidir.Ümummilli liderin zəngin irsinin daha dərindən və hərtərəfli
öyrənilməsi,onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və
ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin
göstəricisidir.

Qiyas Rüstəmov
Saatlı rayon Bəylər kənd ümumi orta məktəbinin direktoru


Digər xəbərlər

0.22045493125916