Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb

13:50 11-03-2022 | icon 1159
Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı
çağırışının 10 mart 2020-ci il tarixli ilk iclasında söylədiyi nitqində parlamentin gələcək
fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Dövlətimizin başçısı Milli Məclisdə
islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Milli Məclis
qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf
dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının
möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin
vacibliyini vurğulayan cənab Prezident İlham Əliyev bildirmişdir: “Siyasi sistemin
formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır.
İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.  Milli
dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş
olmalıdır”.
Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın
möhkəmləndirilməsidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin
inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqətin zəruriliyini vurğulayaraq qeyd
etmişdir: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli
sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq
qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs vermək istəyənlər özləri
cinayətlər törədirlər.
Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü
qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini
çıxarırlar, öldürürlər, həbs edirlər.” Eyni zamanda, Azərbaycanda çoxpartiyalı
demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin
edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması,
dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması,
ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və
ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir
mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq
edir. Beləliklə, Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir, dövlət
idarəetmə sistemi, icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə
edir. Möhtərəm Prezidentimizin Milli Məclisin VI çağırışının birinci iclasında bu mövzuya
xüsusi diqqət ayırması, islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə
çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına
xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq.

Soltanova Zahidə Cəmilağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.25425601005554