“Nar” Novruz bayramını azad edilmiş ərazilərdə əsgərlərlə qeyd etdi
“Nar”ın mətbuat xidmətinin rəhbəri Əziz Axundovun sözlərinə görə, “Nar” vətənpərvərlik mövzusuna xüsusi həssas yanaşır: “Novruz bayramını Milli Ordunun əsgərləri ilə birlikdə qeyd etmək artıq “Nar” üçün ənənəyə çevrilib. Çox qürurluyuq ki, bu əziz bayramı işğaldan azad edilmiş ərazilərimizdə qeyd edə bilirik. Bu qüruru bizə bəxş edən Milli Orduya mənəvi dəstək olmağı özümüzə borc bilirik”.
Bayram tədbiri tonqallar ətrafında, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib. Qeyd edək ki, əsgərlərlə görüşdən hazırlanan videoya aşağıdakı keçidə daxil olmaqla baxmaq olar:
https://www.youtube.com/watch?v=uF7Cmzx7k5E
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...