Gənclər və İdman Nazirliyi 3 idman obyektinə direktor axtarır

21:00 16-03-2022 | icon 1403
Gənclər və İdman Nazirliyi 3 idman obyektinə direktor axtarır

Gənclər və İdman Nazirliyi İmişli ilə Tərtərdəki Olimpiya İdman komplekslərinin, həmçinin Bakının Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-nin direktoru vəzifəsinə işə qəbul elan edib.

50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 30-dək müvafiq ünvana göndərməlidir.


Digər xəbərlər

0.29926109313965