Təmraz Tağıyev Avropa Şurası Konqresinin 42-ci sessiyasında çıxış edib - Fotolar

13:15 24-03-2022 | icon 1108
Təmraz Tağıyev Avropa Şurası Konqresinin 42-ci sessiyasında çıxış edib - Fotolar

Fransanın Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyası öz işini davam etdirir. Sessiyada ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiyanın gündəliyinə əsasən Palata və Plenar iclaslarda Gürcüstanda, Danimarkada, Mərakeşdə, Ermənistanda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının Türkiyə, Böyük Britaniya və Lüksemburqda monitorinqi, kəndlərdə gənclərin yerli və regional hakimiyyətlərdə rolu və digər mövzularda müzakirələr keçirilib.

 

Müzakirələr Azərbaycan nümayəndə heyətinin üzvlərinin fəal iştirakı ilə aparılıb. “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nın tələb və prinsiplərinin Türkiyə Respublikasında monitorinqinin nəticələrinin müzakirəsi zamanı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasınin sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edib.

Qardaş ölkədə Türkiyə dövləti tərəfindən yerli özünüidarəetmə sahəsində aparılan islahatlar, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyələrin gördüyü məqsədyönlü siyasət barədə məlumat verib.

Türk Dünyası Bələdiyyələr Birliyinin idarə heyətinin üzvü olan Təmraz Tağıyev Türkiyədə yerli demokratiyanın inkişafında mühüm nailiyyətlərin əldə olunmasının və bu təcrübənin digər dövlətlərin yerli qurumları tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib. Bələdiyyə seçkiləri zamanı əksər Avropa ölkələri ilə müqayisədə seçici fəallığının Türkiyədə xeyli yüksək olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb.

 

 


Digər xəbərlər

0.41629195213318