Yığma komandamız növbəti oyuna çıxır

10:55 25-03-2022 | icon 1422
Yığma komandamız növbəti oyuna çıxır

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

 

Millimiz səfərdə Malta yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq.

Azərbaycan millisində Namik Ələskərov zədə səbəbindən oynamayacaq.

Qeyd edək ki, komandalar bu günədək 8 dəfə qarşılaşıb. Azərbaycan yığması 3 dəfə Maltaya məğlub olub, 2 dəfə qalib gəlib, 3 oyun heç-heçə yekunlaşıb.


Digər xəbərlər

0.31269884109497