Sahil Babayev AÇ-də yüksək nəticə göstərən idmançılarla görüşdü - Fotolar

23:12 27-03-2022 | icon 1567
Sahil Babayev AÇ-də yüksək nəticə göstərən idmançılarla görüşdü - Fotolar

Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş milli komanda ilə görüşüb.

Bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Avropa çempionu Nicat Hüseynov (51 kq), qitə birinciliyinin ikincisi Ruslan Qədirov (54 kq), bürünc mükafatçılar Cəlal Qurbanovla (63,5 kq) Nəbi İsgəndərovu (67 kq) uğurları münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.

Sahil Babayev bildirib ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 10 ildən sonra Azərbaycan rekordunu təkrarlamaq uğurlu nəticədir. Onun sözlərinə görə, Avropa çempionatında təmsil olunduğumuz 7 çəki dərəcəsində 4 medal qazanmaq yüksək nəticədir.

 

 






 

Digər xəbərlər

0.25202512741089